Dünya

​Şotlandiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Metbuat.az

Bakı. 5 aprel. REPORT.AZ/ Şotlandiyada Oban şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.


"Report" BBC-yə istinadən xəbər verir ki, xilasedicilər hadisə yerində iki nəfərin meyitini aşkar ediblər.


Təyyarənin şənbə günü Tiri adasına yola düşdüyü və London vaxtı ilə 13.50-də qəzaya uğradığı ehtimal edilir.


Qəzanın səbəbləri hələ ki, məlum deyil.