"Şortikli" Hitler (FOTO)
Faşist Almaniyasının lideri Adolf Hitlerin daha öncə heç yerdə görünməyən fotoları yayılıb. ANS PRESS-in məlumatına görə, fotoları bir ingilis əsgəri İkinci Dünya Müharibəsindən sonra bombalanmış bir alman evində tapıb. Fotolar "Deutschland Erwache" (Almaniya oyanır) adlı bir jurnalda olub.
Jurnalın 1930-cu illərdə hazırlandığı qeyd edilir. Lakin Hitler buradakı fotoların önun səviyyəsinə uyğun olmadığını əsas gətirərək qadağan edib. O, bu jurnalın onu axmaq göstərə biləcəyindən ehtiyat edib. Fotolarda Hitler şortla və ağ çorablarla əks edilib.
Mütəxəssislər jurnalın Faşist tələbə birliyinin lideri olan Baldur von Şirak tərəfindən hazırlandığını bildirirlər. O, 1945-ci ildə həbs edirilib və 20 il həbsə məhkum olub.
Bu jurnal da savaşdan sonra Almaniyada axtarışlar aparan ingilis əsgər Alf Roberts tərəfindən aşkarlanıb.
İndi bu jurnalın ingilis dilinə tərcümə edilərək nəşr ediləcəyi bildirilir.
Mənbə
ANS PRESS