Dünya

Somalidə törədilən partlayış nəticəsində BMT Uşaq Fondunun 4 əməkdaşı həlak olub

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Somalidə törədilən partlayış nəticəsində aralarında BMT-nin Uşaq Fondunun (UNİCEF) 4 əməkdaşının da olduğu ən azı 10 nəfər ölüb, fondun daha 4 işçisi isə ciddi xəsarət alıb.


AZƏRTAC

Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, əldəqayırma partladıcı qurğu missiya əməkdaşlarını daşıyan mikroavtobusun Somalinin Qarove şəhərindəki (Puntlend muxtar rayonu) BMT nümayəndəliyinin qarşısına çatdığı zaman işə salınıb. Həlak olanların müxtəlif ölkə vətəndaşları olduğu bildirilsə də, onların kimliyi barədə məlumat verilmir.


Xatırladaq ki, Somalidə münaqişə 1990-cı ilin əvvəllərindən bəri davam edir. Hökumət qüvvələrinə Afrika İttifaqının Somalidəki sülhməramlı qüvvələrinin hərbçiləri kömək göstərsə də, “Əş-Şəbab” qruplaşması əvvəlki kimi ölkənin bir sıra ərazilərinə nəzarəti əllərində saxlayır.