Dünya
Somalidə terror aktı nəticəsində 9 nəfər ölüb
[ 20 Aprel 2015 11:49 ]
Bakı – APA. Somalinin Puntlend regionunda BMT missiyasına məxsus nəqliyyat vasitəsinin yanında baş verən partlayış nəticəsində 9 nəfər ölüb.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən 6-sı sülhməramlı əsgərlər, 1-i isə mülki xarici ölkə vətəndaşıdır. Hələlik heç bir qruplaşma terrora görə məsuliyyəti üzərinə götürməyib.