Ölkə
ANS PRESS
SOCAR prezidentindən neftlə bağlı analiz
"Neftin qiyməti düşdüyü üçün bəzi ölkələrin iqtisadi inkişafı artıb".
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib.
O bildirib ki, iqtisadi inkişaf artırsa, o zaman yanacağa olan tələbatda artmağa başlayır. Bunlar bir birindən asılı məsələlərdir:
"Görürsüz ki, Avropada, ABŞ-da və Asiya ölkələrində iqtisadi artım baş verib. Bu artım dinamikası neftin qiymətinin yenidən bahalaşmasını şərtləndirir. Bunlar normal proseslərdir və biz hələ ki bu prosesləri izləyirik", - deyə SOCAR-ın prezidenti vurğulayıb.
MənbəANS PRESS