Ölkə
Siyavuş Novruzov: Əli Kərimli mitinqləri qazanc mənbəyinə çevirib
Bakı. 5 aprel. REPORT.AZ/ “Bu mitinq deyildi, piket idi. İnsanların sayını yalandan şişirdirlər. Əslində, bu AXCP-nin toplantısı sayılır. Bunlar ancaq yalan danışırlar, heç bir yenilik etmirlər, insanlara yalan məlumatlar verirlər, erməni mənbələrindən aldıqları məlumatları cəmiyyətə sırımağa çalışırlar”.
Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini
Siyavuş Novruzovdeyib.
O bildirib ki, bu mitinqlərin heç bir əhəmiyyəti yoxdur:
“Hər bir insan Azərbaycandakı inkişafı gözü ilə görür. Nə qədər istəyirlərsə, keçirsinlər. Əli Kərimli mitinqləri qazanc mənbəyinə çevirib. Hər bir mitinq üçün ayrı-ayrı təşkilatlardan pul alırlar”.
Qeyd edək ki, Milli Şura bu gün Bakıda mitinq keçirib.