Digər

Siyavuş Novruzov: "Dediklərinin hamısı Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi"

Metbuat.az

“Milli Şura bu gün mitinq yox, piket keçirirdi. Oraya toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idilər. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar”.



Bunu

APA

-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı

Siyavuş Novruzov

Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.


 


S. Novruzov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb: “Dediklərinin hamısı yalan, Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi. İstər Avropa oyunları, istərsə də digər məsələlərlə bağlı yalan danışırlar. Müxalifət gərək çıxışında alternativ təklif də irəli sürsün. Onlar isə heç bir alternativ fikir irəli sürmür, ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə perspektivsiz, mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur”.



Milli.Az