Digər
Mənbə
ANS PRESS
Sinif nümayəndəsi seçildi və dönər sözünü tutdu FOTO
Türkiyədə keçirilən seçkilərdə namizədlərin seçicilərə şirin vədlər verməsi ibtidai sinif uşaqlarına da öz təsirini göstərib.
ANS PRESS-in məlumatına görə, 1-ci sinif şagirdi sinif nümayəndəsi seçiləcəyi təqdirdə bütün sinifə dönər və ayran alacağını vəd edib.
Hadisə Bursa vilayəti, Yenişehir rayonunda yerləşən Akçeşmə adlı orta məktəbdə baş verib.
Sinif nümayəndəsi seçilən 1-A sinifinin şagirdi Mümin Mert Sağlam sözünün üstündə dayanaraq sinif yoldaşlarına dönər və ayran alıb.
“Məktəbimi, müəllimlərimi və sinif yoldaşlarımı çox sevirəm. Məni sinif nümayəndəsi seçən şagirdlərə jest eləmək istədim. Bu gün vədimi yerinə yetirdiyim üçün xöşbəxtəm”.
Şagirdlər də bu jestinə görə Sağlama təşəkkür etdilər.
Mənbə
ANS PRESS