Sinay yarımadasının şimalında Misirin 10 hərbçisi öldürülüb
Bakı, 2 aprel,
AZƏRTACMisirin Sinay yarımadasının şimalında yaraqlıların koordinasiyalı hücumu nəticəsində 10 hərbçi qətlə yetirilib.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, güc strukturlarının verdiyi məlumata görə, Misirin Qəzza sektoru ilə sərhədi yaxınlığında yerləşən Rafah və Şeyx Zuveyd yaşayış məntəqələrində hərbi patrul və postlara eyni zamanda dörd pusqu təşkil olunub. Yaraqlılar nəzarət buraxılış məntəqəsini qumbaraatanlardan atəşə tutub və ardından atışma baş verib. Toqquşmalarda yaraqlılardan da ölənlərin olduğu bildirilir.
Qeyd edək ki, “Müsəlman qardaşları” iqtidarının hərbi çevriliş nəticəsində devrilməsindən sonra yarımadanın şimalında aktivləşən “Ənsar Beyt əl-Makdis” (Qüds tərəfdarları) qruplaşmasının yaraqlılarına qarşı yanvar ayından etibarən antiterror əməliyyatlarının yeni aktiv fazası başlamışdı.