Ölkə

Sınaq imtahanının nəticələri açıqlanıb

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il aprelin 12-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 16-da saat 16.30-dan etibarən elan edib.


TQDK-dan

AZƏRTAC

-a bildiriblər ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


Sınaq imtahanında iştirak üçün qeydiyyatdan keçmiş 48 min 376 abituriyentdən 2 min 551-i imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 9 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45 min 816 abituriyentin imtahan nəticələri yerləşdirilib.