"Simurq" "Qarabağ"a qarşı, "Neftçi" "Qəbələ" ilə üz-üzə
Azərbaycan Premyer Liqasında XXX tura start verilir.
Metbuat.az-ın xəbərinə görə, turun bütün matçları bu günə planlaşdırılıb.
"İnter" "Bakı"nın qonağı olacaq. Son 4 paytaxt derbisində “İnter” quru hesablı qələbə qazanıb. “Bakı” isə son 3 ildə baş tutan 13 qarşılaşmada qalib gəlməyib.
AZAL doğma meydanda "Sumqayıt"la qarşılaşacaq. Paytaxt təmsilçisi son 3 qarşılaşmada xal qazanıb. "Təyyarəçilər" indiyədək ev oyununda “Sumqayıt”a məğlub olmayıb. Bu matçlardan meydan sahibləri qol vurmadan ayrılmayıb.
Zaqatalada yerli "Simurq" lider "Qarabağ"ın müqavimətini qırmağa çalışacaq. Komandaların son 3 oyununda Ağdam klubu qalib gəlib. Lakin ağdamlılar son 5 səfər matçında 1 qələbə əldə edib.
Günün son qarşılaşmasında "Neftçi" və "Qəbələ" münasibətlərinə aydınlıq gətirəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşdığından oyuna maraq çox böyükdü. “Qəbələ” cari mövsümə təsadüf edən 3 oyunda qalib gələ bilməyib. “Neftçi” isə son iki ev oyununda qələbə qazanmayıb.
“Bakı” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Kərim Ağayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00
AZAL – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
“AZAL Arena”, 16:00
“Simurq” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zaqatala şəhər stadionu, 18:00
“Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bakcell Arena“, 20:00 - "İdman Azərbaycan"