Sibirin cənubundakı yanğın qurbanlarının sayı 34 nəfərə çatıb
Bakı, 21 aprel,
AZƏRTACSibirin cənubunda baş vermiş iri miqyaslı yanğınlar zamanı 34 nəfər həlak olub, 7,5 min nəfər isə xəsarət alıb.
Bu barədə məlumatı Rusiya prezidenti Vladimir Putinin Xakasiyada keçirdiyi iclasda məruzə ilə çıxış edən Fövqəladə Hallar Nazirliyinin başçısı Vladimir Puçkov verib.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yanğınlar zamanı xəsarət alanlardan 2-si Krasnoyarsk diyar xəstəxanasında vəfat edib.
Ümumilikdə isə tibbi yardım üçün 1,4 min insan müraciət edib ki, onların da 77 nəfəri hazırda stasionar müalicə alır.
Hökumətin qərarı ilə yanğında əmlakını qismən itirənlərə 50 min rubl, tam itirənlərə isə 100 min rubl maddi yardımın verilməsinə başlanılıb. Həmçinin sağlamlığına zərər dəyən vətəndaşların 200-400 min rubl təzminat alması istiqamətində lazımi sənədlərin hazırlanması davam edir. Vladimir Puçkov həlak olan hər bir vətəndaşın ailəsinə 1 milyon rubl həcmində yardım veriləcəyini də diqqətə çatdırıb.