"Shamkir Chess 2015"də birinci gün geridə qaldı
Bu gün mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində mübarizəyə start verilib.
Metbuat.az-ın xəbərinə görə, turnirin ilk günündə ümumilikdə 5 görüş keçirilib. Günün mərkəzi oyununda qalib müəyyənləşməyib. Maqnus Karlsen Vişvanatan Anandla heç-heçə edib. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Fabiano Karuana, Rauf Məmmədov isə Maksim Vaşye-Laqravla xalları yarı ölüb.
Nəticələrə nəzər salaq:
Vişvanatan Anand - Maqnus Karlsen - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Fabiano Karuana - 0,5:0,5
Rauf Məmmədov - Maksim Vaşye-Laqrav - 0,5:0,5
Vladimir Kramnik - Maykl Adams - 1:0
Uesli So - Aniş Qiri - 1:0
Turnir cədvəli: Kramnik, So - hər ikisi 1 xal, Karlsen, Anand, Məmmədyarov, Karuana, Məmmədov, Vaşye-Laqrav - hamısı 0,5 xal, Adams, Qri - 0 xal