İdman

“Shamkir Chess 2015” beynəlxalq turnirində Teymur Rəcəbovu ingiltərəli Maykl Adams əvəz edəcək

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirinin iştirakçılarında dəyişiklik baş verib. Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov səhhəti ilə əlaqədar super turnirdə iştirak edə bilməyəcək.


AZƏRTAC

xəbər verir ki, “Shamkir Chess 2015”də mübarizə aparacaq 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.


“Synergy Group” ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunacaq super turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcəklər.