Dünya

Sərt islahatlara sərt etiraz

Metbuat.az

Fransada Avropanın sərt iqtisadi islahatlarına qarşı irimiqyaslı etiraz aksiyaları keçirilib. Paytaxt Parislə yanaşı, Lion, Marsel, Tuluz və Strasburq kimi iri şəhərlərdə baş tutan yürüşlərə on minlərlə insanın qatılıb.



Akisiya iştirakçıları büdcə kəsirlərini aradan qaldırmaq üçün hökumətin gördüyü ədalətsiz tədbirlərə qarşı etiraz ediblər. Bir müddət əvvəl hökumətin əmək qanunlarına dair təklif etdiyi dəyişiklik isə, işçilərin qəzəbinə səbəb olub.



Yeni qanun layihəsində bəzi biznes sahələrinin liberallaşdırılması nəzərdə tutulur. İşçilər yeni qanun layihəsi qəbul olunacağı təqdirdə iş yerlərini itirəcəklərindən qorxurlar.



Avropa Birliyi Fransa hökumətindən 2017-ci ilə kimi büdcə xərclərini 50 milyard avroya qədər ixtisar etməyi tələb edib.

Mənbə
Associated Press