Ölkə
"Şərq" bazarında yanğın başlayıb
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib
Bu gün saat 15 radələrində Nərimanov rayonu Xətai prospektində yerləşən “Şərq” bazarında yanğın başlayıb. Lent.az-ın məlumatına görə, hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları gəlib.
Nərimanov rayon Yanğından Mühafizə Hissəsindən Lent.az-a bildirilib ki, hadisə yerindən 1-ci dərəcəli həyəcan siqnalı daxil olub. Yanğının söndürülməsinə 1 yanğınsöndürmə briqadası göndərilib.
Hazırda alovun qarşısının alınması istiqamətində iş aparılır.