Sərdar Cəlaloğlu: "Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi aktuallığını itirib"
“Müsavat Partiyası ilə bizim partiyanın parlament seçkilərində əməkdaşlıq məsələsi artıq öz aktuallığını itirib”.
Bu barədə
Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri
Sərdar Cəlaloğludeyib.
S.Cəlaloğlu bildirib ki, Müsavat Partiyasının mövqeyindən birmənalı şəkildə məlum olur ki, onlar hansısa bir xətt tutub getmək istəyirlər: “Bizim özümüzün bu məsələ ilə bağlı təşəbbüsümüz olmayacaq, çünki bəzən biz millət, dövlət xatirinə, demokratiya naminə müəyyən bir aktivlik nümayiş etdirəndə, bu, əks tərəfdən yalnış başa düşülür. Belə bir təsəvvür yaranır ki, ya bizim ehtiyacımız var, ya da xüsusi bir marağımız var. Bu da əksinə, bizim missiyamıza kölgə salır. Ona görə də, mən heç bir addım atmayacağam”.
ADP sədrinin sözlərinə görə, əgər Müsavat Partiyası özü də dərk edərsə ki, müxalifətin bir yerdə olması və uyğun qüvvələrin seçkilərdə bir yerdə iştirak etməsi milli maraqlara, dövlət maraqlarına, demokratiyaya uyğundur, təbii, onda bu məsələ dərərləndirilə bilər: “Amma yenə təkrar edirəm, bizim tərəfimizdən artıq təşəbbüslər dayandırılıb, çünki davam etdirilməsi mənasızdır”.
Milli.Az