Ölkə

Serbiyanın Baş nazirinin Azərbaycana səfəri yerli mətbuatın diqqət mərkəzindədir

Metbuat.az

Belqrad, 17 aprel,

AZƏRTAC

Serbiyanın Baş naziri Aleksandr Vuçiçin Azərbaycana səfəri yerli mətbuatın diqqət mərkəzindədir.


Ölkənin xəbər agentlikləri Baş nazirin səfəri çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər, səslənən fikirlər, ikitərəfli əlaqələrə dair müxtəlif məqamlarla bağlı məlumatlar yayırlar.


Məlumatlarda, həmçinin Serbiya Baş nazirinin rəsmi “Twitter” səhifəsində səfərlə bağlı fikirləri də yer alıb. O qeyd edib ki, Azərbaycan Metanol Şirkəti (AzMeKo) neft-kimya sahəsində Serbiya ilə əməkdaşlıqda maraqlıdır. Bu yaxınlarda şirkətin nümayəndələrinin Serbiyaya səfər etməsi nəzərdə tutulub.



Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad