Ölkə

​Serbiyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ Serbiyanın baş naziri Aleksandr Vuçiç aprelin 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı

Heydər Əliyev

Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Serbiyanın baş naziri Aleksandr Vuçiçi hava limanında Azərbaycanın baş nazirinin müavini

Əli Əhmədov

və digər rəsmi şəxslər qarşılayıblar.


Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.