Ölkə

Şəmkirdə bölgənin ən iri inşaat materiallarının satış mərkəzi istifadəyə verilib

Metbuat.az

Səmkir, 20 aprel,

AZƏRTAC

Şəmkirin Sabirkənd kəndi ərazisində bölgədə ən iri inşaat materiallarının satış mərkəzi istifadəyə verilib.


AZƏRTAC

xəbər verir ki, 21 hektar sahəni əhatə edən mərkəzdə 65 sahibkar üçün müasir üslubda mağazalar inşa edilib.


Mərkəzin açılışında çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov diqqətə çatdırıb ki, burada yaradılan şərait həm Şəmkir, həm də ətraf şəhər və rayonların sakinlərinə yüksək səviyyədə ticarət xidməti göstərilməsinə imkan verəcək. Belə layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdıran Alimpaşa Məmmədov yeni mağazaların hüquqi sənədlərini sahibkarlara təqdim edib.