Sosial

​Şəmkir və Füzulidə yaşayış mənzilləri yanıb

Metbuat.az

Bakı. 3 aprel. REPORT.AZ/ Axşam saatlarında Şəmkir və Füzulidə yanğın hadisələri baş verib.


"Report"

Fövqəladə Hallar Nazirliyi

nə istinadən xəbər verir ki, Şəmkir şəhərində vətəndaşa məxsus birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları yanıb.


Füzuli rayonunda isə vətəndaşa məxsus birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.


Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.