Digər

Şəmkir rayonunun polis rəisi vəzifəsindən azad edilib

Metbuat.az

[ 16 Aprel 2015 19:03 ]


Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. Bu barədə APA-ya Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb. Şöbə rəisi Şükür Mehdiyev vəzifəsindən azad edilərək nazirliyin sərəncamına götürülüb. Onun yerinə hələ ki, yeni rəis təyin olunmayıb.