Ölkə

Seminarda Rusiya aliminin elmi məruzəsi dinlənilib

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirilib.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, seminarda Rusiya Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunun əməkdaşı, professor Yu Çaşeçkin “Mayelərin diferensial mexanikası – yeni nəsil modellər” mövzusunda məruzəsi dinlənilib.


Məruzənin məqsədi klassik mexanikanın iki bölmə arasındakı fərqi analiz etmək, axın təsvirlərinin keyfiyyətinin təkmilləşdirilməsi üçün yeni yanaşma və nümunələr göstərməkdən ibarət olub.


Hesablamalar tənliklərin uyğunluq dərəcəsi, bütün sistem ranqının təyini, xəttiləşdirilmiş variantın tərtibi və tam həllini təşkil edən müstəqil funksiyaların sayını müəyyənləşdirən dispers tənliyin dərəcəsi və tənliklərin birgəliyi nəzərə alınmaqla aparılıb. Əsas fiziki kəmiyyətlərin hesablanmış sahələrinin ölçüləri məlum olan, yeni nəzəri və təcrübi nəticələr və həmçinin ətraf mühitdəki müşahidələrlə müqayisə edilib (buraya müqavimətə təsir edən qüvvə və moment, burulğanlıq və onun baroklin əmələgəlmələri daxildir).


Sonda maye mexanikasının sonrakı inkişaf nəzəriyyəsinin istiqamətləri, laboratoriya tədqiqatlarının təkmilləşməsi və təbiət hadisələri müzakirə olunub.