Seminarda beynəlxalq münasibətlərin inkisafında təhsilin rolundan danışılıb
Bakı, 16 aprel,
AZƏRTACTəhsil Problemləri İnstitutunda (TPİ) “Təhsilin idarə olunması və beynəlxalq münasibətlərin inkisafında təhsilin önəmi” mövzusunda seminar keçirilib.
İnstitutun Gənclərin Beynəlxalq Karyera və İxtisasartırma Mərkəzi ilə birgə reallaşdırdığı seminarda təhsil işçiləri iştirak ediblər.
TPİ-dən
AZƏRTAC-a bildiriblər ki, seminarda İstanbul Bilgi, Boğaziçi və Doğu Akdeniz universitetlərinin sabiq rektoru, hazırda San Diego Dövlet Universitetinin professoru və rektorluğun məsul şəxsi, professor Halil Güven mövzu ilə bağlı çıxış edib. O bu sahədəki təcrübələrini iştirakçılarla bölüşüb.
Gənclərin Beynəlxalq Karyera və İxtisasartırma Mərkəzinin rəhbəri, beynəlxalq təhsil üzrə ekspert Orxan Həsənoğlu rəhbərlik etdiyi qurum barədə məlumat verib. O deyib ki, məqsəd beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə onun tətbiqinə kömək etməkdir. Bu məqsədlə gənclərin müxtəlif ölkələrdə təcrübə keçmələri üçün xarici qurumlarla əlaqələr quracaq, müxtəlif ölkələrdən professor və təcrübəli mütəxəssisləri ölkəmizə dəvət etməklə onların təcrübələrindən bəhrələnəcəyik.