Digər

Səməd Seyidov: "Dağlıq Qarabağ münaqişəsinə vaxtında reaksiya verilsəydi, indiki münaqişələr olmazdı"

Metbuat.az

"Əgər vaxtında Dağlıq Qarabağ münaqişəsinə müvafiq reaksiya verilsəydi, bu gün AŞ PA-nın yaz sessiyasında müzakirə olunan münaqişələr baş verməyə bilərdi".



Trend

-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri

Səməd Seyidov

Strasburqda keçirilən sessiyada deyib.



O qeyd edib ki, Avropa Şurası bütün problemlərə ləngimədən reaksiya verməlidir: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində hətta bu gün də insanlar ölür".



S.Seyidov vurğulayıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmalıdır: "Çünki bu, sülhə aparan yeganə yoldur. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ PA-ya təqdim olunacaq məruzə münaqişənin bütün reallıqlarını, işğal problemini və milyon məcburi köçkünün olması faktını əks etdirəcək".



Milli.Az