Digər

Sekuta Gəncədə məcburi köçkünlə çay içdi - FOTO

Metbuat.az

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri

Robert Sekuta

qərb bölgəsinə səfəri zamanı Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə də olub. Səfir Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb. Kəpəz TV (Region TV) xəbər verir ki, başçı məcburi köçkünlərə dövlət tərəfindən hər cür şərait yaradılsa da, tez bir zamanda Azərbaycanın işğal altına olan torpaqlarının azad olunmasının vacibliyini vurğulanıb. Kəlbəcər rayon icra hakimiyyəti adından qonağa xatirə hədiyyəsi təqdim edilib.



Ardından diplomat qəsəbədə olan mədəniyyət evində Kəlbəcərin incəsənət xadimlərinin, eləcə də “Maral oyunu” folklor qrupunun çıxışlarını izləyib. Səfir Robert Sekuta qəsəbədəki 4 saylı uşaq bağçası – körpələr evində də olub. Burada uşaqların təlim-tədris prosesi ilə bağlı qonağa məlumat verilib. Robert Sekuta qəsəbədə yaşayan Kəlbəcərdən olan məcburi köçkün

Vüsal Əhmədov

un evində olub. Çay süfrəsi arxasında səmimi söhbət edilib.



Milli.Az