Ölkə

Şəkidə qəza: yaralılar var

Metbuat.az

Şəki rayonunda "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.



ANS PRESS-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub.



"VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü avtomobildən çıxararaq, təhvil veriblər.



Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Mənbə
ANS PRESS