Şəkidə avtomobil hasara çırpılıb, iki gənc xəsarət alıb - FOTO
[ 17 Aprel 2015 09:54 ]
Şəki. Vüqar Heydərov-APA. Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə şəhərin Bəxtiyar Məmmədov küçəsində qeydə alınıb. Şəki şəhər sakini, 1993-cü il təvəllüdlü Rəvan Qurban Rəhimovun idarə etdiyi "VAZ 2107" markalı, 90 HE 067 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı beton hasara çırpılıb. Nəticəsində sürücü və sərnişin, Şəki şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Paşa oğlu Cahangirov xəsarət alıblar. Onlar Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan APA-ya verilən məlumata görə, Rəvan Rəhimovun müalicəsi xəstəxanada aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Orxan Cahangirov lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.