İdman

Şəhriyar Məmmədyarov: "Məğlubiyyəti nəzərə almasaq..."

Metbuat.az

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində IV turun oyunları başa çatıb.

Trend-in məlumatına görə, Synergy Group-un təşkilatçılığı ilə keçirilən yarışın hesabat turunda Şəhriyar Məmmədyarov Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə oynayıb.

Partiyadan sonra hər iki şahmatçı mətbuat konfransında suallara cavab verib.

Ş.Məmmədyarov maraqlı oyun alındığını deyib: "Tomaşevski ilə oynadığım partiyaya oxşayırdı. Uğur qazanmaq istəyirdim. Sadəcə oyunun gedişində aşkar üstünlük hiss olunmadı. Buna görə də heç-heçəyə razılaşdım. 4 turdan sonra müəyyən fikir söyləmək olar. Karlsenə məğlubiyyəti nəzərə almasaq nəticə normaldır. Sadəcə, daha yaxşı oynamaq lazımdır. Növbəti 5 turda xal qazanmalıyam".

Aniş Giri bildirib: "Şəmkirdə bir sıra maraqlı oyunların şahidi oluruq. Sadəcə keyfiyyət baxımından oyunum bəzən alınmır. Məmmədyarov təzyiqi artırmaq istəyirdi. Buna imkan vermədim. Heç-heçə oyuna uyğun nəticə oldu".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az