Digər

Səhiyyə Nazirliyi: Bu il 33 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb

Metbuat.az

[ 13 Aprel 2015 17:43 ]


1 məlumat üzrə cinayət xarakterli pozuntu olduğundan toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Bakı. Könül Kamilqızı – APA. 2015-ci ilin ilk 3 ayı ərzində Səhiyyə Nazirliyinə vətəndaşlar tərəfindən daxil olan 439 şikayət Hüquq və daxili nəzarət sektoru tərəfindən araşdırılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı pozuntu halları aşkarlanaraq 33 nəfər tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 məlumat üzrə cinayət xarakterli pozuntu faktı aşkarlandığından toplanmış materiallar Baş Prokurorluğa göndərilib.


42 müraciət təkrar olub.