Dünya

Şəhidlər diyarından möhtəşəm görüntülər (FOTO)

Metbuat.az

"Anadolu Ajansı" xəbər agentliyi Çanaqqala zəfərinin 100-cü ildönümü ilə əlqədar Gelibolu Yarımadası Tarixi Milli Parkını havadan çəkib.



ANS PRESS-in məluamtına görə, aprelin 24 və 25-də yerli və xarici dövlət adamları Çanaqqala zəfərinin 100-cü ildönümü ilə əlaqədar parkda təşkil olunan tədbirdə iştirak edəcəklər. Bununla əlaqədar Tarixi Milli Parkda hazırlıq işləri tamamlanmaq üzrədir.



Xatırladaq ki, Birinci dünya müharibəsi zamanı Türkiyənin Gelibolu yarımadasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olub. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq, bununla Almanya ilə müttəfiq ölkələrdən birini zəiflətmək istəyirdilər.



Düşmən qüvvələri ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Ancaq hücumları müvəffəqiyyətsiz olub və iki tərəfin də çox ağır itkilər verməsilə İttifaq Dövlətləri geri çəkiliblər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşib.









































Mənbə
ANS PRESS