Dünya

Səfirlik binasına bombalı hücum

Metbuat.az

Liviyada İspaniya səfirliyi binasına hücum təşkil edilib.



ANS PRESS-in məlumatına görə, Liviyanın paytaxtı Tripolidə İspaniyanın səfirlik binasına bombalı hücum planı həyata keçirilib.



Hadisə səbəbilə Aşur məhəlləsi adlı əraziyə çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub. Ölən və yaralananların olub-olmadığı barədə xəbər verilmir. Binaya ciddi zərər dəyib.



Hücumu hələlik heç bir terror təşkilatı və ya qruplaşma öz üzərinə götürməyib.



Ölkənin diplomatik təhlükəsizlik aparatı rəhbəri general Əl-Məbruk Zahir jurnalistlərə verdiyi açıqlamada partlayışa səbəb naməlum şəxs və ya şəxslərin içərisində bomba olan çantanı binaya qoyması olub.



Xatırladaq ki, bundan əvvəl Liviyada Mərakeşin, Misirin, BƏƏ-nin, Cənubi Koreyanın və İranın səfirlikləri binalarına hücum olmuşdu.

Mənbə
ANS PRESS