Ölkə

Səfirlərlə görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Aprelin 9-da təhsil naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekuta ilə görüşüb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, təhsil naziri amerikalı diplomatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. Görüşdə təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq ölkələrimiz arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.


M.Cabbarov aprelin 9-da həmçinin, Polşanın Azərbaycanda yeni təyin olunmuş səfiri Marek Tsalka ilə görüşüb. Görüşdə Azərbaycan ilə Polşa arasında təhsil sahəsində əməkdaşlıq məsələləri, hər iki ölkədə həyata keçirilən təhsil islahatları və faydalı təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.