Digər
ANS PRESS
Səfir Papadan danışdı
“Roma papasının 1915-ci il hadisələrini soyqırım adlandırması səhv addım idi”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun ANS PRESS-ə açıqlamasında bildirib.
Səfirin sözlərinə görə, əslində tarixi hadisələr barədə din xadimləri yox, tarixçilər danışmalıdır.
“Roma papasının belə çıxış etməsi yolverilməzdir. Dini liderin belə çıxış etməsi düzgün deyil. Mən belə düşünürəm tarixi hadisələr barədə din xadimlər yox, tarixçilər danışmalıdırlar”, - deyə Alper Çoşqun bildirib.
Qeyd edək ki, Roma papası Fransisk çıxışında qondarma erməni soyqırımı haqda danışıb. O bu hadisəni əsrin birinci "soyqırımı" adlandırıb.
MənbəANS PRESS