Ölkə
Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır"
Bakı. 22 aprel. REPORT.AZ/ "İsrailin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və biz bu məsələyə faciə kimi baxırıq". Bu sözləri İsrail dövlətinin yaranmasının 67-ci ildönümü münasibətilə keçirilən mətbuat konfransında "Report"un əməkdaşının ermənilərin rəsmi Tel-Əvivə qondarma "erməni soyqırımı"nın tanınmasına dair etdiyi çağırışla bağlı suala cavabında bu ölkənin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.