Digər

Səfir: "Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına lazımi dəstək verməyə çalışırıq"

Metbuat.az
“ABŞ-la Azərbaycan arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur”.
APA

-nın verdiyi məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri

Robert Sekuta

Gəncəyə səfəri zamanı bəyan edib.


  
Diplomat bildirib ki, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyalar yatırması üçün addımlar atılır.
  
R.Sekuta SOCAR-la neft-qaz ehtiyatlarının hasilatı və nəqli istiqamətində əməkdaşlıq edildiyini, habelə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına lazımi dəstək verməyə çalışdıqlarını bildirib.

Milli.Az