Ölkə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Metbuat.az


Bakı, 2 aprel,

AZƏRTAC

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov aprelin 30-da saat 11:00-da Xidmətin Şirvan şəhər şöbəsinin inzibati binasında (Şirvan şəhəri, H. Əliyev pr. 4) Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.


Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən

AZƏRTAC

-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşlar aprelin 29-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.