Dünya

Sarkisyan: "Türklərlə qonşu olmağı biz seçməmişik"

Metbuat.az

“Türklər və ermənilərin bu bölgədə qonşu olmaqlarını biz seçməmişik. Sənədləri türklər təsdiqləsəydi hər şey fərqli olardı”.



Qafqazinfo

” xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan CNN Türk-ə açıqlamasında bildirib, O, qeyd edib ki, Türkiyə-Ermənistan əlaqələrini özündə əks etdirən protokolların Ermənistan parlamentindən geri çağırılması Türkiyəyə verilən siyasi mesaj idi:



“Biz imzalamadıq, Türkiyə təsdiqləsə, biz də təsdiqləyəcəyik”,- açıqlamasında bildirib.



Sarkisyan Türkiyənin baş naziri Əhməd Davudoğlunun 1915-ci il hadisələrinə görə ermənilərə başsağlığı verməsi məsələsinə toxunub:



“Beynəlxalq arena üçün verilən bir açıqlama idi. Ümidvaram ki, prezident Ərdoğan 24 apreldə daha güclü bir açıqlama verər, münasibətlər normallaşmağa doğru gedər”.



Milli.Az