Digər
Saratovda naməlum şəxs Azərbaycan vətəndaşına atəş açıb
[ 13 Aprel 2015 12:54 ]
Bakı – APA. Rusiyada 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yaralanıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Saratov şəhərindəki kafelərin birinin yaxınlığında baş verib.
Güllə yarası alan həmyerlimiz xəstəxanaya yerləşdirilib. Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, o, travmatik silahdan açılan atəş nəticəsində bud və döş nahiyyəsindən yaralanıb.
Həmyerlimiz səhər saat 04.00 radələrində naməlum şəxslə mübahisə etdiyini bildirib. Onun sözlərinə görə, atəş açan şəxs “VAZ-2114” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.