Digər

Samuxda avtomobil ağaca çırpılıb, bir nəfər xəsarət alıb

Metbuat.az

[ 08 Aprel 2015 09:44 ]



Samux. Azər Məmmədli - APA. Samuxda yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobil ağaca çırpılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb.

Rayonun Qarabağlar kənd sakini, 1988-ci il təvəllüdlü Ramin Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı maşında olan sərnişin, 1989-cu il təvəllüdlü Afiq Rüstəmov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Digər sərnişin, 1991-ci il təvəllüdlü Elnur Həsənov xəsarət almayıb.

Samux Rayon Polis şöbəsindən verilən məlumata qəzaya uğrayan avtomobilin sürücüsü və sərnişinləri sərxoş olublar.

Faktla bağlı araşdırma aparılır.