Ölkə
AZƏRTAC
Salyanda qeyri-adi yumurta
Salyan, 8 aprel, Mahir Babayev,
AZƏRTACSalyan sakini Taleh Əliyevin fərdi təsərrüfatında toyuqlardan biri qeyri-adi yumurta yumurtalayıb.
AZƏRTAC
xəbər verir ki, ev sahibi səhər saatlarında toyuqları hindən çölə çıxararkən yuvada adi yumurtaların yanında balqabağa oxşar bir yumurta görüb. T.Əliyev əvvəlcə onun yumurta olmasına şübhə etsə də, sonradan əlinə götürdükdə heyrətindən donub qalır. O bildirir ki, belə bir hadisə ilə ilk dəfədir qarşılaşır.
Mütəxəssislərin fikrincə, bu cür hadisələr adətən toyuğun yumurtalığında problem yarandıqda və ya toyuğun qidalandığı zaman qəbul etdiyi hər hansı maddənin təsirindən ola bilər.