Ölkə
AZƏRTAC
Salyan tərəvəzçiləri pomidor yığımına başlayıblar
Salyan, 14 aprel, Mahir Babayev,
AZƏRTACSalyanda istilikxanalarda yetişdirilmiş pomidorun yığılmasına başlanılıb.
AZƏRTAC
xəbər verir k, salyanlı fermerlər fevral ayında yağan intensiv qarın və havaların soyuq keçməsinin yaratdığı çətinliklərə baxmayaraq, istilikxanalarda bol məhsul yetişdiriblər. Alıcı tələbatı və məhsulun qiymətinin yüksək olması fermerlərin ötən ildəkindən heç də az gəlir götürməyəcəklərindən xəbər verir. Buna görə də məhsul tədarükü sürətlə aparılır.
Ümumiyyətlə, açıq havada əkilən pomidor sahələrini də nəzərə alsaq, hər il Salyanda 500 hektara yaxın sahədə pomidor əkilir və il ərzində 25 min tondan çox məhsul tədarük olunur.