Digər

Salyan sakinindən silah-sursat götürülüb

Metbuat.az

[ 03 Aprel 2015 16:01 ]


Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayon sakinindən qanunsuz saxladığı ov tüfəngləri götürülüb.

Salyan Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şorsulu kənd sakini, 1958-ci il təvəllüdü Alim Qəfər oğlu Eyvazovun evində 3 ədəd ov  tüfəngi, 1 ədəd bıçaq, 1000 ədəd patron və 10 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.