Digər
Salyan sakini evindən oğurluq edilməsi barədə polisə yalan məlumat verib
[ 14 Aprel 2015 12:55 ]
Bakı. Fuad Cəfərov – APA. Salyan rayon sakini evindən oğurluq edilməsi barədə polisə yalan məlumat verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 13-də Salyan rayon sakini Aynur Məcidova aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırımaq yolu ilə qızıl, geyim və məişət əşyalarının oğurlandığını bildirib.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı A. Məcidovanın evindən oğurluq edilmədiyi və onun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub.
Toplanmış material rayon prokurorluğuna göndəriləcək.