Şahmatçımız erməni rəqibini məğlub etdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 17-ci "Dubay Open" beynəlxalq şahmat turnirində 3-cü turun oyunlarına yekun vurulub.
Metbuat.az xəbər verir ki, turnirin liderləri sırasında qərarlaşan Qədir Hüseynov 3-cü turda da qələbə silsiləsini davam etdirib. Ermənistan şahmatçısı Hovik Hayrapetyanı məğlub edən Hüseynov aktivinə 3-cü xalı yazıb. O, hazırda 1-10-cu yerləri bölüşdürür. Eltac Səfərli isə Misir təmsilçisi Mahmud Abu El Zeyn üzərində qələbə qazanıb. Xəyalə Abdulla almaniyalı Birger Venzelini məğlub edib. Günay Məmmədzadə Hindistanlı İnakio Rodriqeslə, Zeynəb Məmmədyarova isə Türkmənistan şahmatçısı Mirad Babaliyevlə sülh bağlayıb. Zaur Məmmədov 3-cü turda ilk məğlubiyyətini yaşayıb. Məmmədov Fransa təmsilçisi Andrey İstratesku ilə bacarmayıb. Nərmin Məmmədova isə hindistanlı Prasad Anula xal verib. Bu turda məğlubiyyətlə üzləşənlərin sırasında Nail Bəşirli də var.
Beləliklə, 3 turdan sonra Qədir Hüseynov 3 xal, Eltac Səfərli, Zaur Məmmədov, Xəyalə Abdulla, Nərmin Məmmədova 2 xal, Nail Bəşirli , Zeynəb Məmmədyarova və Günay Məmmədzadə 1.5 xal toplayıblar.