İdman

Şahmat üzrə nüfuzlu Veyk-an-Zee turnirinin direktoru Şəmkirə gəlib

Metbuat.az

Şəmkir, 22 aprel,

AZƏRTAC

Hər il Hollandiyada keçirilən şahmat üzrə nüfuzlu Veyk-an-Zee super turnirinin direktoru və təşkilatçısı Yeroen van den Berq Şəmkirə gəlib.


AZƏRTAC

xəbər verir ki, qonaq “Synergy Group”un təşkilatçılığı ilə keçirilən Vüqar Həşimovun xatirə turnirində iştirak edəcək. Şahmatçılarla və rəsmilərlə görüşəcək Yeroen ven den Berq yarışın sonuna qədər Şəmkirdə qalacaq.


Onun təşkilatçılığı ilə hər il Hollandiyada keçirilən ənənəvi Veyk-an-Zee turniri şahmat aləminin ən uzunömürlü yarışlarından hesab olunur.