Ölkə

“SABAH” qruplarına qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində və 132-134 nömrəli Təhsil Kompleksində 2015-2016-cı tədris ili üçün “SABAH” qruplarına qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib.


Təhsil Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, bu mərhələdə 1.630 nəfər birinci kurs tələbəsi iştirak edib.


Müsabiqədə namizədlər məntiqi dünyagörüşü və ingilis dili üzrə bilik və bacarıqları qiymətləndirən 50 test tapşırığını 90 dəqiqə ərzində cavablandırıblar. Bu mərhələdə müvafiq nəticə göstərən namizədlər növbəti mərhələdə – müsahibədə iştirak etmək hüququ qazanıblar.


Qeyd edək ki, “SABAH” qruplarının formalaşdırılması ali təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biridir.