Sabah qar yağacaq
Yağıntılı hava şəraiti sabah da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyinə keçəcək. Yarımadanın bəzi yerlərində küləyin sürəti arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 3-də temperatur gecə 4-6˚, gündüz 7-10˚ isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 3-də bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında temperatur gecə 1-6˚, gündüz 9-14˚ isti, dağlarda gecə 0-4˚, gündüz 4-9˚ isti olacaq.
MənbəANS PRESS