Ölkə

“SABAH-ın könüllüsü” proqramının təqdimatı olub

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “SABAH” qrupları üzrə “SABAH-ın könüllüsü” proqramının təqdimatı olub.


BDU-dan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə bu ali məktəb üzrə “SABAH” Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova tələbələrə proqramın yaradılması barədə məlumat verib.


“SABAH-ın könüllüsü” komandasının universitet üzrə supervayzerləri özlərini “SABAH” qrupları tələbələrinə təqdim edib və proqram çərçivəsində görüləcək işlərdən danışıblar.


Sonra “SABAH-ın ideyası” müsabiqəsinin qalibi elan edilib.


Tədbirin sonunda tələbələrin hazırladığı “SABAH-ın fəaliyyəti” videoçarxı nümayiş olunub.