Ölkə
Sabah güclü külək əsəcək - PROQNOZ
Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşam tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 12-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq.